Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Ramiz Mehdiyevin torpaqlarını idarə edən mühasib qəzada öldü

Ramiz Mehdiyevin torpaqlarını idarə edən mühasib qəzada öldü

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin mühasibi avtoqəzada dünyasını dəyişib.

Hadisə Şabran rayonu, Leyti kəndi ərazisində baş verib. Mühasib Mənsim Məmmədovun idarə etdiyi avtomobil kənd ərazisindən keçən kanalın içinə düşüb. Məlumata görə mühasib uzun illər Ramiz Mehdiyevin sahibliyində olan və kürəkəni İlham əliyevin idarə etdiyi MMC-də çalışıb. Qeyd edək ki, İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC-lər  Şabran və ətraf rayonlarda xeyli torpaq sahəsi ələ keçirib. Ramiz Mehdiyev vəzifədən qovulduqdan və kürəkəni mandatdan məhrum edildikdənsonra torpaq sahibləri hərəkətə keçiblər.

Şabran Rayon Məhkəməsinə verilən iddialara baxılıb və İlham Əliyevin illər əvvəl əl qoyduğu 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb. Musavat.com

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …