Şənbə , Yanvar 23 2021
Ana səhifə / Sosial / Ramiz Mehdiyev Dövlət Komissiyasının rəhbəri oldu

Ramiz Mehdiyev Dövlət Komissiyasının rəhbəri oldu

Azərbaycan Prezidenti İlham Əliyev su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, ölkənin su, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarları uzun müddət istismar olunduğundan bu hidroqovşaqlarda mövcud problemlərin öyrənilməsi və qiymətləndirilməsi, baş verə biləcək texnogen proseslərin proqnozlaşdırılması zərurəti yaranıb.

AzərTAc xəbər verir ki, sərəncam qeyd edilən su anbarlarının istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə imzalanıb.

Sərəncama əsasən Şəmkir, Yenikənd, Mingəçevir, Varvara, Ceyranbatan və digər su anbarlarının istismar vəziyyətinin öyrənilməsi ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. On üzvdən ibarət komissiyanın sədri Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

Dövlət Komissiyasına sərəncamda göstərilən su anbarlarının hidrotexniki qurğularında və su mühafizə zonasında mövcud problemləri araşdırmaq, su anbarlarının bəndlərinə təhlükə yaradan amilləri müəyyənləşdirmək, texniki təhlükəsizliyini təmin edən tədbirlərə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Həmçinin oxuyun

Cərimələr silinir, plyonkaya icazə verilir

“İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişikliklər müsbət addımdır. Biz neçə ildir ki, bu barədə təklif …

Bir cavab yazın