Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / Sosial / Ramin Quluzadənin nəqliyyat üzrə müavini kim olacaq?

Ramin Quluzadənin nəqliyyat üzrə müavini kim olacaq?

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

Avropa.info xəbər verir ki, verilən sərəncama əsasən Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirlikləri birləşdirilib.
Prezidentin bu sərəncamı ilə 2002-ci ildən bu yana nəqliyyat naziri postunu tutan Ziya Məmmədov da öz postunu itirib.

Prezidentin digər sərəncamı ilə isə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə təyin olunub.

Hazırda hamı üçün maraqlı olan məsələlərdən biri isə Ramin Quluzadənin nəqliyyat üzrə müavininin kim olacağıdır.

Avropa.info-nun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki mənbələrdən əldə etdiyi məlumata görə, bu posta Ziya Məmmədovun birinci müavini olmuş Musa Pənahovun təyinat alacağı gözlənilir.

Həmçinin oxuyun

Göyçayda 50 qəpik, Bakıda 4 manat…

Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti yenidən müzakirə mövzusu olub. Xüsusilə, mövsüm meyvələri və tərəvəzlərin bazarda …

Bir cavab yazın