Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Ramil Usubovdan Ramiz Zeynalova – Tapşırıq

Ramil Usubovdan Ramiz Zeynalova – Tapşırıq

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Əlahiddə Çevik Polis Alayında yol patrul xidməti əməkdaşlarının sıra baxışını keçirib.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov görülən işlər, əldə edilən nəticələr barədə geniş məruzə ilə çıxış edib.

General-polkovnik əlillərə verilmiş və verilməsi nəzərdə tutulan avtomobillərin dövlət hesabına xüsusi idarəetmə sistemi ilə təchiz olunması məqsədilə hökumət qarşısında vəsatət qaldırılması üçün müvafiq sənəd layihəsinin hazırlanması, həmçinin bu cür avtomaşınları idarə etmək vərdişlərini aşılamaq məqsədilə xüsusi təlim kurslarının təşkil edilməsi barədə Baş İdarənin rəisinə tapşırıq verib.

 

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın