Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Ramil Usubov Emin Şəkinskinin yerinə yeni rəis təyin etdi

Ramil Usubov Emin Şəkinskinin yerinə yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinə yeni rəis təyin edilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışmış polis polkovniki Arzu Daşdəmirov baş idarənin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyindən məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, Baş Cinayət Axtarış İdarəsinin rəisi olmuş Emin Şəkinski bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın