Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Ramananın 200-dək ailəsi “Azərsu”dan kömək gözləyir: “Əgər bu su boruları partlasa…”

Ramananın 200-dək ailəsi “Azərsu”dan kömək gözləyir: “Əgər bu su boruları partlasa…”

Sabunçu rayonunun Ramana qəsəbəsindəki “Südçülük savxozu” deyilən yaşayış massivində camaat qorxu içindədir.
Azinforum.az 
Diaspor info-ya istinadən xəbər verir ki, həmin yaşayış massivindən keçən iri diametrli magistral su boruları istismar müddətini çoxdan başa vurub: “Bu yaşayış massivindən keçən su xətləri şəhərin bir hissəsini təmin edir. İndisə bu borular o qədər köhnəlib ki, hər an deşilə və ətraf yaşayış evlərini bir anda su içşinə ala bilər”.
Yerli sakinlərin dediklərinə görə, 800 mm-lik böyük su boruları vardır ki, artıq öz istismar müddətini çoxdan başa vurub: “Biz buna görə çox qorxuruq. Uzaq olsun, əgər boru da hər hansı bir qəza olsa, Təxminən 200-ə dək ailə evsiz-eşiksiz qala bilər. Aidiyyatı qurumlar isə bəzi su xəttlərini dəyişsələr də, bu iki böyük su xəttinə toxunmayıblar. Halbuki bu borular çoxdan dəyişdirlməli idi”.
Yerli sakinləri onları narahat edən problemlə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə də müraciət ediklərini, lakin cavab ala bilmədiklərini deyir: “Ümidimiz ölkə prezidentinədir. İnanırıq ki, ölkə rəhbərliyinin göstərişi ilə bu problemlə təcili maraqlanacaq, tədbir görəcəklər”.
Mia.az

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …