Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Radikal müxalifəti hansı nazirlər maliyyələşdirir? – Partiya sədrindən şok ittihamlar

Radikal müxalifəti hansı nazirlər maliyyələşdirir? – Partiya sədrindən şok ittihamlar

Son günlər Əli Kərimlinin patronajlığında olan “Azadlıq” qəzeti SOCAR haqqında onu qaralayan yazılara geniş yer verməyə başlayıb.
Bu barədə sfera.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirdi ki, Əli Kərimli SOCAR-ı şantaj etmək yolu ilə ondan pul qoparmağa çalışır: “Görünür Kərimov Əli SOCAR-dan şantaj edib pul almaq istəyir. Hazırda hakimiyyət dairələrində olan adamların əksəriyyəti yüz kanala işləyən insanlardır. Məsələn, keçən prezident seçkilərində bəzi faktları ötürən Prezident aparatında olan ən etibarlı adamlardan biri olub. Bunu ölkə prezidenti də gözəl bilir. Mən Cəmil Həsənlinin başına butulkanı çəkəndə o, gördünüz də nələri açırdı.
Ona həmin faktları da hakimiyyətdə oturan həmin insanlar vermişdi. Kərimov Əlinin Azərbaycan müxalifəti olaraq hakimiyyət daxilində çox böyük dayaqları var. Bakı Şəhər Prokuroru özü şəxsən səmimi etiraf etdi ki, Elçibəyə zəhər verilməsilə bağlı olaraq Kərimov Əliyə cinayət işi qaldırmışdı. Lakin o dedi ki, ölkənin çox yüksək səviyyəli bir məmuru, Azərbaycanı idarə edənlərdən biri qəti olaraq Kərimov Əliyə əl vurmamağı tapşırmışdı. Lazım olan anda onlar özləri Kərimov Əlini prezidentə qarşı qoyur və belədə bu amildən istifadə edərək də yüksək səviyyədə dividend əldə edirlər. Bu yüksək vəzifəli məmurların kim olduğunu da hər halda Azərbaycan xalqı bilir. O şəxs İlham Əliyevə xəyanət edən, bu günkü qalmaqalların başında dayanan insandır, düşünürəm ki, çox qısa müddətdə öz payını alacaq. Vəziyyət belədir”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın