Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Rabitə işçilərinin kütləvi ixtisarı ilə bağlı – AÇIQLAMA

Rabitə işçilərinin kütləvi ixtisarı ilə bağlı – AÇIQLAMA

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) verilən məlumata görə, bu barədə nazirliyin Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı bəzi KİV-də yayılan məlumatla bağlı daxil olan sorğulara cavab olaraq bildirilib.
Məlumatda deyilir ki, “Baktelekom” ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir:
“Hazırda “Baktelekom”da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının “Baktelekom”a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …