Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Sosial / Rabitə Nazirliyinin kollegiyasının tərkibi təsdiqləndi – Ramin Quluzadə sədr oldu

Rabitə Nazirliyinin kollegiyasının tərkibi təsdiqləndi – Ramin Quluzadə sədr oldu

Nazirlər Kabineti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının tərkibini təsdiq edib.
Mia.az-ın xəbərinə görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvlərinin sayı 7 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:
Kollegiyanın sədri
Quluzadə Ramin Namiq oğlu
– Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Kollegiyanın üzvləri:
Abdullayev Əli İzzət oğlu
– Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini
Məmmədov İltimas Əhməd oğlu
– Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Vəlizadə Elmir Tofiq oğlu
– Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Məmmədov Rövşən Həmid oğlu
– Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri
Məmmədov Tahir Nadir oğlu
– Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri
Əsədov Elnar Tahir oğlu
– Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 iyun tarixli 115 nömrəli qərarı ləğv edilib.
Qərar imzalandığı gündən qüvvəyə minir.

Həmçinin oxuyun

Bakının mərkəzində təhlükəli vəziyyət – Fotolar

Bu ilin avqustunda Maştağada, oktyabrda isə Keşlədə transformatora daxil olan bir uşağın yanaraq öldüyü, digərinin …

Bir cavab yazın