Ana səhifə / Sosial / Ra­miz Ta­ğı­yev: “Er­mə­ni­lə­ri yox­la­ma­dan öl­kə­yə bu­rax­ma­lı­yıq?”

Ra­miz Ta­ğı­yev: “Er­mə­ni­lə­ri yox­la­ma­dan öl­kə­yə bu­rax­ma­lı­yıq?”

 

Ya­yı­lan mə­lu­mat­la­ra gö­rə, Ru­si­ya Xa­ri­ci İş­lər Na­zir­li­yi Azər­bay­can­dan Ba­kı ha­va li­ma­nı­na gə­lən er­mə­ni əsil­li Ru­si­ya və­tən­daş­la­rı­na qar­şı ay­rı­seç­ki­li­yi da­yan­dır­ma­ğı, Hey­dər Əli­yev adı­na bey­nəl­xalq ha­va li­ma­nın­da və­zi­fə­li şəxs­lə­rin dav­ra­nı­şı­na la­yiq­li qiy­mət ver­mə­yi tə­ləb edib.
Azər­bay­can Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin söz­çü­sü Hik­mət Ha­cı­yev çər­şən­bə ax­şa­mı ke­çi­ri­lən mət­bu­at kon­fran­sın­da de­yib ki, mə­sə­lə ilə əla­qə­dar Azər­bay­can tə­rə­fi­nin möv­qe­yi Ru­si­ya tə­rə­fi­nə izah olu­nub.
O, həm­çi­nin, Azər­bay­ca­nın mul­ti­kul­tu­ra­lizm ənə­nə­lə­ri­nə ma­lik ol­du­ğu­nu vur­ğu­la­ya­raq, əla­və edib ki, Er­mə­nis­tan Azər­bay­can əra­zi­si­nin 20 fai­zi­ni iş­ğal edib.

“Azər­bay­ca­nın iş­ğal olun­muş əra­zi­lə­rin­də Er­mə­nis­tan si­lah­lı qüv­və­lə­ri tə­rə­fin­dən qan­lı et­nik tə­miz­lə­mə si­ya­sə­ti hə­ya­ta ke­çi­ri­lib. Bu si­ya­sət Er­mə­nis­tan əra­zi­sin­də də apa­rı­lıb”, – o de­yib.
H.Ha­cı­yev bil­di­rib ki, bə­zi mil­liy­yət­cə er­mə­ni olan şəxs­lər hə­lə də et­nik zə­min­də təf­ri­qə­çi­li­yin ya­ran­ma­sı is­ti­qa­mə­tin­də iş­lər apa­rır və o sə­bəb­dən də bu ki­mi təd­bir­lər hə­ya­ta ke­çi­ri­lir. Gö­rün­dü­yü ki­mi, Ru­si­ya­nın na­ra­zı­lı­ğı­na Azər­bay­can XİN çox ar­qu­ment­li və prin­si­pi­al izah ve­rib.

Mə­sə­lə ilə bağ­lı Azər­bay­ca­nın rəs­mi möv­qe­yi­nə eks­pert­lər ne­cə ba­xır?

Si­ya­sət­çi Ra­miz Ta­ğı­yev qə­ze­ti­mi­zə bil­dir­di ki, Ru­si­ya­nın be­lə bir möv­zu­nu or­ta­ya ata­raq ona döv­lət sə­viy­yə­sin­də re­ak­si­ya ver­mə­si tə­əc­cüb­lü gö­rü­nür: “Yax­şı olar­dı ki, Ru­si­ya da­ha cid­di mə­sə­lə­lə­rə sərt re­ak­si­ya ver­sin. Hə­min öl­kə mü­na­qi­şə­nin ni­zam­lan­ma­sı­nı üzə­ri­nə gö­tü­rüb, an­caq mil­yon­lar­la in­sa­nı öz də­də-ba­ba yurd­la­rın­dan di­dər­gin sa­lan Er­mə­nis­ta­na sərt re­ak­si­ya ver­mir. İn­di bir-iki er­mə­ni­nin ae­ro­port­da sə­nə­di­nin yox­lan­ma­sı­na eti­raz edir. Bu bir­ba­şa hə­min öl­kə­nin er­mə­ni tə­əs­süb­keş­li­yin­dən xə­bər ve­rir. Azər­bay­can Xa­ri­ci İş­lər Na­zir­li­yi­nin rəs­mi re­ak­si­ya­sı­nı dəs­tək­lə­yi­rəm. Əla­və ola­raq bil­di­ri­rəm ki, biz Er­mə­nis­tan­la ha­zır­da mü­ha­ri­bə şə­rai­tin­də ya­şa­yı­rıq. Bu­na bax­ma­ya­raq, də­fə­lər­lə bə­yan et­mi­şik ki, bun­dan son­ra da Azər­bay­can və­tən­da­şı olan er­mə­ni­lə­rə sa­hib çı­xa bi­lə­rik. Hət­ta Pre­zi­dent on­la­ra Azər­bay­ca­nın tər­ki­bin­də ən yük­sək sta­tus ve­rə­cə­yi­ni də qeyd edib. Bü­tün bun­la­ra rəğ­mən, Azər­bay­can öz sər­həd­lə­ri­nə, da­xi­li təh­lü­kə­siz­li­yi­nə cid­di nə­za­rət edir. Tə­bii ki, öl­kə­yə er­mə­ni so­ya­dı ilə da­xil ol­maq is­tə­yən is­tə­ni­lən və­tən­daş cid­di yox­la­ma­ya mə­ruz qal­ma­lı­dır. Bəs nə edil­mə­li­dir? Er­mə­ni­lə­ri yox­la­ma­dan öl­kə­yə bu­rax­ma­lı­yıq?
Ru­si­ya ni­yə Er­mə­nis­ta­na mo­no­et­nik döv­lət ol­du­ğu­na gö­rə eti­raz et­mir? Mə­nə elə gə­lir ki, bu mə­sə­lə ilə bağ­lı Ru­si­ya­nın möv­qe­yi əsas­sız­dır. Çün­ki Azər­bay­can mul­ti­kul­tu­ral ənə­nə­lə­rə ria­yət edən və dün­ya­da nü­mu­nə ola bi­lə­cək az­say­lı öl­kə­lər­dən­dir”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

Yusif Qədimbəyli cərimələnir

Sədərək firmasına inzibati protokol yazılıb. Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin …

Bir cavab yazın