Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / RƏSUL QULİYEV: “RİZVAN VAHABOV KİMDİR, MƏN ONU TANIMIRAM…”

RƏSUL QULİYEV: “RİZVAN VAHABOV KİMDİR, MƏN ONU TANIMIRAM…”

Bəzi mətbuat orqanlarında  az qala hər gün YAP Siyasi Şurasının üzvü, Neft Kəmərləri İdarəsinin sabiq rəisi Rizvan Vahabov haqqında  tənqidi  məqalələr  dərc olunur… Rizvan Vahabovun  isə həmin  yazilara çox soyuqqanlı, təmkinli yanaşdığını bilsək də, atılan böhtanların artıq bütün əndazələri aşdığını nəzərə alıb, hakim partiyanin siyası şurasının üzvü ilə əlaqə saxladıq. Rizvan müəllim yenə özünəməxsus şəkildə bizə belə yalanlara ciddi yanaşmamağı tövsiyə etdi:

“Mənim kimliyimi, hansı əqidə sahibi olduğumu hamı bilir, ona görə də Azərbaycan jurnalistikası üçün təhqir ünvanı kimi taninan bəzi imza sahiblərinin nə yazması mənim üçün önəmli deyil” deyən Rizvan müəllim “Sizin nə vaxtlarsa guya Rəsul Quliyevlə əlaqəli olmağınızdan yazırlar” sualımıza cavabında isə bunları əlavə etdi: “Onunla mənim heç bir tanışlığım olmayıb, nə şəxsi, nə də iş müstəvisində. Bircə dəfə belə rastlaşmamışıq. Belə cəfəngiyyatı uyduranlara ancaq Allahdan şəfa diləyə bilərəm. Mən bütün ömrüm boyu ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna bağlı olmuşam və ömrümün sonuna qədər oz mövqeyimdən bir adddim belə geri çəkilməyəcəyəm. Fəxr edirəm ki, dahi öndərimizin 1987-90-cı illərdəki siyasi həyatında yaxından iştirak etmişəm, 1990-93-cü və 1995-2003-cü illərdə onun tərəfindən vəzifəyə təyin edilmişəm . Bu gün də onun xatirəsini əziz tutur və onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevi dəstəkləyir, partiyann Nizamnaməsinə riayət edirəm. Mən Heydər Əliyevin dövlətçilik siyasətinə sədaqətdən başqa heç bir düşüncədə olmamışam. İndi də həmin mövqeyimdəyəm, ehtiyac bilindiyi halda prezidentimə, partiyama, dövlətimə hər cür dəstək verməyə hazıram. Bü cür şər-böhtanları yazan və get-gedə yalanın dozasını artiranlar mənə görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Sevil” pyesindəki bir obrazın dediklərini xatirladır: “Mən gülüşəm, böyüdükcə qəhqəhə olacağam”. Bu yazılanlar əvvəllər məndə gülüş doğururdusa, yalanlar böyudükcə qəh-qəhə cəkməkdən başqa yol qalmır…”.
Rəsul Quliyev: “Rizvan Vahabov kimdir, mən onu tanımıram…”

Xatırladırıq ki,  həmin yazılarda R.Vahabov həm də  ağır cinayətdə ittiham edilir. Məsələn, dəfələrlə onun guya Rəsul Quliyevin hakimiyyətə gətirilməsində iştirak etdiyini, bunun üçün ona külli miqdarda pul verdiyini və s. kimi absurd iddiaları yazırlar. Dünən bir müddətdir ABŞ-da yaşayan sabiq spiker Rəsul Quliyevə bir sıra digər suallarla yanaşı, həm də yuxarıda qeyd edilənlərlə bağlı sorğu göndərdik. Həmin sorğunu olduğu kimi təqdim edirik: “Salam, Rəsul müəllim! Necəsiniz? Sizə Azərbaycan mətbuatında  dərc olunmuş bir yazının linkini göndərir və aşağıdakı Sizə aid suala cavab verməyinizi istərdik.  “Dövlət Neft Şirkətinin Neft Kəmərlər İdarəsinin sabiq rəisi, iş adamı Rizvan Vahabov 2005-ci ildə Rəsul Quliyevin gəlişi üçün pul verməsi ilə bağlı iddialar hələ də təkzib olunmayıb. Deyilənlərə görə, Rizvan Vahabov Rəsul Quliyevin ölkəyə qayıdışına 300 min dollar pul xərcləyib. R.Vahabov bir iş adamı kimi qəpiyinin də qədrini bilən adamdır. O, bu pulları boş yerə xərcləməyib. Sən demə, Rəsul Quliyev hakimiyyətə gələrsə, Rizvan Vahabov ARDNŞ prezidenti postuna təyinat alacaqmış”.
Bu ittihamlar dəfələrlə hallanıb. Bu nə dərəcədə əsaslı ittihamdır? Və ümumiyyətlə, Rizvan Vahabovu necə tanıyırdınız, tanıyırsınızmı, münasibətiniz hansı müstəvidə olub? Bizcə, YAP siyasi Şurasının üzvü olan R.Vahabova və Sizə qarşı ciddi ittiham var…”.
Rəsul Quliyevin bütün ittihamlarını rədd edən cavabı özünü çox gözlətmədi. Dünən sorğumuzun əsas hissəsinə cavabı belə oldu: “Rizvan Vahabov kimdir, mən onu tanımıram…”.
Əlavə şərhə ehtiyac varmı???
TƏZADLAR.AZ

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın