Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Rəsmi Bakı aparıcı Rusiya KİV-lərinin əməkdaşlarına sanksiya qoyur

Rəsmi Bakı aparıcı Rusiya KİV-lərinin əməkdaşlarına sanksiya qoyur

Azərbaycan XİN qalmaqallı rusiyalı sahibkar German Sterliqovun keçirdiyi mətbuat konfransına qatılmaq üçün qanunsuz olaraq Dağlıq Qarabağa səfər etmiş rusiyalı jurnalistlərə sanksiya qoymağa hazırlaşır.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Hikmət Hacıyev bildirib.

“İstisna deyil ki, həmin jurnalistlərin adları Azərbaycan XİN-in arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”- deyə Hacıyev qeyd edib.

German Sterliqov bir neçə həftə əvvəl Moskva ətrafındakı təsərrüfatını tərk edərək Dağlıq Qarabağa qaçıb. Dünən – iyulun 13-də o, Şuşada mətbuat konfransı keçirib və Qarabağa gəlməsinin Rusiyada təqib olunması ilə əlaqəli olduğunu təsdiq edib.

Sterliqovun mətbuat konfransında Rusiyanın aparıcı KİV-lərinin,o cümlədən rəsmi KİV-lərinin – “RİA Novosti”, “Rossiya-24”, “LifeNews”, “İnterfaks” və digərlərinin əməkdaşları iştirak edirdi.

XİN rəsmisi deyib ki, hazırda Qarabağa qanunsuz səfər edən rusiyalı KİV əməkdaşlarının şəxsiyyətləri dəqiqləşdirilir. Qərar araşdırma başa çatandan sonra qəbul ediləcək.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın