Ana səhifə / Sosial / Rəsulzadənin nəvəsindən Zahid Oruca sərt cavab – “O kimdir ki?”

Rəsulzadənin nəvəsindən Zahid Oruca sərt cavab – “O kimdir ki?”

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadə deputat Zahid Orucun babası haqda söylədiklərinə kəskin reaksiya verib. O, modern.az-a deyib ki, Məhəmməd Əmin Rəsulzadənin tarixdəki rolu danılmazdır:

“Rəsulzadənin yeri tarixdə bəllidir. Bunu çeynəməyin heç mənası da yoxdur. Artıq tarix özü təsdiq edib bunu. Şirməmməd müəllim çox sağ olsun ki, Rəsulzadə ideyalarını ictimaiyyətə çatdırır. Heç kəsin bilmədiyini də açıb qoyur ortalığa. Vaxt var idi, Rəsulzadəyə əsassız hücumlar edirdilər. Lakin Məhəmməd Əmin Rəsulzadənin yeri tarixdə bəllidir, danılmazdır, hər kəsə məlumdur. Ümumiyyətlə, Zahid Oruc kimdir ki? Şirməmməd Hüseynov hara, Zahid Oruc hara?..”.

Bir müddət əvvəl professor Şirməmməd Hüseynovun mətbuata müsahibəsində dediyi bəzi fikirlər ciddi ajiotaj doğurub. Onun keçmiş prezident Heydər Əliyevlə Məhəmməd Əmin Rəsulzadəni müqayisəsi birmənalı qarşılanmayıb: “Heydər Əliyev hakimiyyəti idarə etmək ustası idi. Dövlət yaratmaq yox ha. Bəzən bunu qarışdırırlar. Heydər Əliyev dövlət yaratmayıb, hakimiyyət yaradıb. Dövləti Məhəmməd Əmingil yaratmışdılar. Bu dövlətin adı Azərbaycan Xalq Cümhuriyyəti idi, süqutundan sonra dövlətin adı dəyişərək oldu Azərbaycan Sosialist Respublikası, yəni dövlət qaldı, hakimiyyət dəyişdi”.

Zahid Oruc “Rəsulzadə dövlət qurub, Əliyev hakimiyyət” fikrinə kəskin etiraz əlaməti olaraq mətbuatda məqalə ilə çıxış edib.

Avropa.info

Həmçinin oxuyun

İcra başçısı 2 milyonluq villanı sökdürdü – Fotolar

Səssiz-səmirsiz, sakit-sakit, hissə-hissə sökürlər. Villanın qarşısında “Bakıxanov rezidens”in binası inşa olunacaq. Azinforum.az xəbər verir ki, …

Bir cavab yazın