Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Rəsul Quliyev Türkiyənin düşməninin kim olduğunu göstərdi – “Ayıq olun”…

Rəsul Quliyev Türkiyənin düşməninin kim olduğunu göstərdi – “Ayıq olun”…

Uzun illərdir Amerikada yaşayan Azərbaycan parlamentinin sədri Rəsul Quliyev Ankarada baş verən son terror olayına münasibət bildirib.

O qeyd edib ki, Türkiyədə çoxsaylı insan ölümü ilə nəticələnən növbəti terror aktı ölkədə hökümətə inamı bir qədərdə azaldıb. “Teror aktının kürd partiyasının radikal qanadı tərəfindən edildiyi elan edilir. Bu terror aktlardan artıq 100-lərlə qardaşlarımız həlak olub. Prosesin qarşısını almaq üçün Türkiyə höküməti ilk növbədə kürd partiyasının sağlam qüvvələrini bu terroristlərə qarşı qoymağa nail olmalıdır.

Sağlam qüvvələrin liderləri ilə bərabərhüquqlu səviyyədə danışıqlara başlamalıdır. Rusiyanın bütün kürdləri Türkiyə hökümətinə qarşı qoymaq üçün dəridən, qabıqdan çıxdığını unutmamalıdır. Bir dəfə 1915-1917 -ci illərdə Rusiyanın erməniləri türklərə qarşı qaldırdığını və onun nəticələrini unutmamalıdırlar. 100 ildən sonra Rusiya yenidən eyni bir işi görmək istəyir, ayıq olun”.

dia.az

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın