Ana səhifə / Sosial / “Rəsul neft oğrusu, İnsanov dərman oğrusu, “Quska” əqidə oğrusudur” – AÇIQLAMA

“Rəsul neft oğrusu, İnsanov dərman oğrusu, “Quska” əqidə oğrusudur” – AÇIQLAMA

“Hüseyn Abdullayev kimdir, hansı səviyyənin yiyəsidir ki, siyasi açıqlamalar versin. O, ömür boyu oğurluqla məşğul olub və yaxşı olar ki, bu haqda danışsın”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayevin “facebook”da yazdığı son statusa münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, bu adamlar əqidə oğrularıdır:

“Necə olur ki, söz sahibi olanda, mandat alanda, bu hakimiyyət yaxşı olurdu, indi pis. Bu adamlar əqidə dəllallarıdır. “Quska”nı hamı tanıyır. Hansı əməllərin sahibi olduğunu da hamı bilir. Rəsul neft oğrusu, İnsanov dərman oğrusu, “Quska” əqidə oğrusudur. İndi gəlib bu oğrular bizə dərs keçirlər. O ki qaldı onun müxalifətçi mövqeyinə, onun dediyi müxalifət artıq ölüb. Gürcülərin gözəl bir misalı var: Ölü ölüyə deyir ki, gedək məni basdır”.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın