Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Rəsmi Bakı fransalı deputatların Qarabağa səfəri haqda – ŞƏRH

Rəsmi Bakı fransalı deputatların Qarabağa səfəri haqda – ŞƏRH

“Fransa-Qarabağ” dostluq dərnəyi heç bir rəsmi statusa malik olmayan və tanınmayan özfəaliyyət qrupudur.

Bu barədə APA-nın sorğusuna cavabında “Fransa-Qarabağ” dostluq dərnəyinin üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə əlaqədar Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, bu dərnəyin sıralarında Fransa erməni lobbisinin üzvləri və eləcə də erməni lobbi dairələrinin tam təsiri altında olan şəxslər təmsil olunurlar.

XİN rəsmisi həmçinin qeyd edib ki, bu səfərdə iştirak edən Jak Remilin adı artıq arzuolunmaz şəxslər siyahısındadır: “Nəzərə almaq lazımdır ki, Fransada gələn il parlament və prezident seçkiləri keçiriləcək. Bəzi parlamentarilər seçkilərdə Fransa erməni lobbisinin maliyyə və siyasi dəstəyini qazanmaq naminə bu kimi təxribatçı və qərəzli addımlardan, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təcavüz və qanlı etnik təmizləmənin nəticəsində yaradılmış qondarma kriminal rejimin təbliğindən belə çəkinmirlər. Erməni lobbisi də öz çirkin məqsədləri naminə şantaj və təzyiq vasitəsilə bu kimi şəxsləri öz siyasi alətinə çevirir. Fransa hökumətinin Ermənistan-Azərbaycan münaqişənin həlli ilə əlaqədar mövqeyi birmənalı və aydındır. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi Fransa beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və münaqişənin danışıqlar yolu ilə həllinə çalışır. Azərbaycan və Fransa arasında bütün sahələrdə, o cümlədən qanunverici orqanlar səviyyəsində əməkdaşlıq və dostluq əlaqələri inkişaf edir”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …

Bir cavab yazın