Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Rəhman Hətəmov vitse-prezident təyin edildi

Rəhman Hətəmov vitse-prezident təyin edildi

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərlik və idarə heyətində bir sıra dəyişikliklər edilib.

 

Federasiyadan Axar.az-a verilən məlumata görə, milli komandanın baş məqçisi Rəhman Hətəmov 1-ci vitse-prezident təyin olunub.

 

Yeni formalaşan idarə heyətinin üzvləri isə 9 nəfərdən ibarətdir. Heyətə AMKF-in prezidenti Yaşar Bəşirov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev daxildir.

 

Həmçinin, federasiyanın 1-ci vitse-prezidenti Rəhman Hətəmov, vitse-prezident Yusif Məmmədov, baş katib Mir Cabbar Seyidov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cəbrayıl Həsənov, Azərbaycan Beynəlxalq Bankının nümayəndəsi Elmir Həbibullayev, federasiyanın baş hakimi Cahangir Babayev və fiziki hazırlıq üzrə məşqçi Oqtay Məmmədov da idarə heyətində təmsil olunur.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın