Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Rəfsəncaninin dəfninə Azərbaycandan kimlər gedib?

Rəfsəncaninin dəfninə Azərbaycandan kimlər gedib?

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə yanvarın 10-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, parlament nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar dəfn mərasimlərində iştirak edəcək.

Səfər yanvarın 12-də başa çatacaq.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın