Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Sosial / Quzu əti bahalaşıb – Video

Quzu əti bahalaşıb – Video

Azərbaycanda qoyun ətindən fərqli olaraq quzu ətinin qiyməti qalxıb.

“ Azinforum.az ” ın “Xezerxeber.az”a istinadən məlumatına görə, hazırda bazarda 1 kiloqram quzu ətinin qiyməti 14 manatdır.

Satıcılar deyirlər ki, qiymətlər 1 aya yaxındır ki, qalxıb.

Qiymət artımının səbəbinə gəldikdə isə, satıcılar deyirlər ki, başlıca səbəb bu aylarda yaşanan quzu qıtlığıdır. Tələb çox olduğundan bölgələrdə əmlik quzu tapmaq sözün əsl mənasında müşkülə çevrilib.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, nazirlik ətin qiymətinin müəyyən edilməsində iştirak etmir. O ki qaldı bölgələrdə yaşanan quzu qıtlığına, nazirlikdən bildirilib ki, bu, düzgün yanaşma deyil. Qiymətin qalxmasına bayram günlərində quzu ətinə tələbin çox olması səbəb ola bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Həmçinin oxuyun

“SMS icazə” ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyədə koronavirusa yoluxma hallarının artmasına görə karantin rejimi sərtləşdirilib. Bu barədə Türkiyə …