Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qurbanlıq heyvanların satışı və kəsimi necə həyata keçiriləcək? – VİDEO

Qurbanlıq heyvanların satışı və kəsimi necə həyata keçiriləcək? – VİDEO

İyulun 9-u və 10-u tarixlərində ölkəmizdə Qurban bayramı keçiriləcək.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirir ki, bayram günlərində vətəndaşların ət və ət məhsulları ilə təmin edilməsi üçün qurum tərəfindən heyvanların sağlam şəraitdə kəsimi və satışı xidməti həyata keçiriləcək.

Agentlik rəsmisi deyir ki , vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək kəsim məntəqələrinə yaxınlaşmaqla qurbanlıq heyvanların alışı, satışı və kəsimi xidmətlərindən yararlana bilərlər.

İstehlakçılar həmçinin Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytından kəsim və satış məntəqələrinin ünvanları barədə ətraflı məlumat ala bilərlər. Qiymətlərin tənzimlənməsi məsələsinə gəlincə isə, Agentlikndən bildirildi ki, qurbanlıq heyvanların satış qiymətlərini bazar tənzimləyir. Yəni bu məsələyə nəzarəti hansısa bir rəsmi qurum həyata keçirmir.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …