Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qurban Məmmədov Milli Şuradan ayrılıb

Qurban Məmmədov Milli Şuradan ayrılıb

Ötən ay keçmiş siyasi məhbus, hüquqşünas Qurban Məmmədovun Milli Şuranın Koordinasiya Mərkəzində fəaliyyətini dayandırması barədə məlumat yayılmışdı.

Məlumatda qeyd olunurdu ki, Qurban Məmmədov Milli Şuranın sıravi üzvü olaraq qalır, lakin Koordinasiya Mərkəzindən istefa verib.

Bu barədə Milli Şuradakı mənbələrdən teleqraf.com-a məlumat daxil olmuşdu. Ancaq bu müddət ərzində Qurban Məmmədovun istefası Milli Şuradan rəsmən təsdiqlənməyib.

Qurban Məmmədov bu gün Arqument.Az-a açıqlamasında Milli Şuradan ayrıldığını təsdiqləyib: “Mən 6 aydır, Milli Şuradan ayrılmışam. Hüquqşünas kimi fəaliyyət göstərməyimin insanlara daha çox fayda verə biləcəyini düşünüb bu qərara gəldim”.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın