Cümə , Fevral 23 2024
Ana səhifə / Sosial / Qüdrət Həsənquliyev Cəbrayılda görülən işləri tənqid etdi: “Həmin pulla…”  

Qüdrət Həsənquliyev Cəbrayılda görülən işləri tənqid etdi: “Həmin pulla…”  

“Qarabağda quruculuq-abadlıq işlərinin aparılması yaxşı haldır. Amma bu prosesə beynəlxalq təşkilatları, xarici donorları qoşmamağımız təəssüf doğurur. Yalnız büdcə vəsaiti hesabına bu işləri görmək böyük xərc tələb edir”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri prezidentliyə namizədlərin ötən gün İTV-də keçirilən debatında Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyev deyib.

Prezidentliyə namizəd Qarabağda tikinti işləri aparan şirkətlər üzərində ictimai nəzarətin vacibliyini vurğulayıb: 

“Tez-tez şikayətlər olur. Ötən gün Cəbrayılın dronla çəkilmiş şəkli yayılıb. Orada aparılan işlər narazılıqla qarşılanır. İnsanlar daha rahat, geniş, zövqlü mənzillərdə yaşamaq istəyirlər”. 

Prezidentliyə namizəd “ağıllı kənd” konsepsiyasını tənqid edib. Onun sözlərinə görə, kənddə yaşayan insanın təsərrüfatla məşğul olmasına, toyuq-cücə saxlamasına mane olmaq doğru qərar deyil. 

“Kəndli təsərrüfatla məşğul olmalı, ilkin ehtiyaclarını özü ödəməlidir. Kəndli istədiyi evdə yaşamalıdır. Bu gün Qarabağda tikintiyə ayırılan pulu qarabağlılara versəydilər, onlar həmən pulla daha yaxşı evlər tikərdilər. Niyə hamı eyni görünüşdə olan evlərdə yaşamalıdır? Bəlkə birinin imkanı var və daha geniş mənzillərdə yaşamaq istəyir. Bu adamların əl-qolunu başlamaq düzgün deyil. İş adamlarını bölgəyə cəlb etmək, onlara güzəştli imkanlar yaratmaq lazımdır. Ümumiyyətlə bu işlər görülərkən ciddi ictimai nəzarət olmalıdır”. 

Həmçinin oxuyun

Hər gün üçün 11 manat pul: Yeni rüsumlar təsdiqləndi – VİDEO

12 yaşa qədər pulsuz, bu yaşdan yuxarı olanlar isə ödəniş etməlidir. Söhbət xəstəxanada pasiyent yanında …