Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Sosial / Qubada bir neçə kənd işıqsız qalıb – VİDEO

Qubada bir neçə kənd işıqsız qalıb – VİDEO

Quba rayonunda yüksək gərginlikli (10000 Vt) elektrik xəttinin keçdiyi dirəkdə yanğın baş verib.
Hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb. Yanğın nəticəsində naqillər sıradan çıxıb. Bu səbəbdən hazırda rayonun bir neçə kəndi işıqsız qalıb.

Məsələ ilə bağlı Quba Rayon Elektrik Şəbəkəsinin rəsmisi Kamran Babayev “Report”un yerli bürosuna verdiyi açıqlamada bildirib ki, elektrik dirəkləri və xətləri Sovet dövründən qalmadır və köhnə naqillər sıradan çıxaraq qısaqapanma yaranıb və bu səbəbdən yanğın baş verib: “Elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq. Hazırda əraziyə texnika və işçi heyəti göndərilib”.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan olmayıb. (Report)

Həmçinin oxuyun

Bakı sakinləri internetin sürətindən narazıdır – VİDEO

Gündəlik həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil, desək, yanılmarıq. Hər birimiz istər evdə, istərsə də …