Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qubad İbadoğlu istefa verdi

Qubad İbadoğlu istefa verdi

Azərbaycan Demokratiya və Rifah Hərakatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şura üzvlüyündən və Çoxtərəfli Qrup üzvlüyündən istefa verib.
AzNews.az-ın məlumatına görə, Qubad İbadoğlunun müraciəti əsasında bu barədə qərar «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının bu gün keçirilən iclasında qəbul edilib.
Qeyd edək ki, Qubad İbadoğlu «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının Şurasına bu barədə müraciət etmişdi. O müraciətində hazırda iştirak etdiyi proqramın müddətinin uzadılması ilə bağlı ilin sonunadək ABŞ-da qalacağını bildirib. Növbəti aylarda Koalisiyanın qarşısında daha vacib işlərin olduğunu və Şura üzvü, ÇQ üzvü kimi fəaliyyət göstərib töhfə vermək imkanlarının məhdudluğunu bildirən Q.İbadoğlu seçkili orqanlarda təmsilçiliyinin Koalisiya əsasnaməsinə uyğun həll edilməsini xahiş etmişdi.

 

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın