Ana səhifə / Sosial / Quba və Lerikə qar yağır, bəs Ağsu aşırımında vəziyyət necədir?

Quba və Lerikə qar yağır, bəs Ağsu aşırımında vəziyyət necədir?

Ölkənin dağlıq ərazilərinə gecə saatlarından başlayaraq güclü qar yağıb.

Trend-in məlumatına görə, hazırda bəzi dağətəyi ərazilərə də qar yağır.

Lerik rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, dünən axşam saatlarından rayon ərazisinə qar yağmağa başlayıb: “Rayon ərazisində sulu qar yağsa da, dağ kəndlərində qarın hündürlüyü 5-6 sm-ə çatıb”.

Qeyd edək ki, Quba rayonuna da hazırda qar yağır. Rayon sakinlərinin Trend-ə verdiyi məlumata görə, hazırda rayon ərazisi qardır və yağmaqda davam edir.

Rayonun dağlıq ərazisində şaxtalı hava şəraiti hökm sürür.

Şamaxı rayonuna ötən gün güclü qar yağsa da, rayon sakinlərinin sözlərinə görə, hazırda qar yağmır: “Ötən gün yağan qar səbəbindən bəzi dağ kəndlərinə gediş-gəliş pisləşib. Qar yolları bağlayıb, kəndlərə gedən yollar buz bağlayıb”.

Ağsu rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, rayonun dağ kəndlərinə qar yağıb: “Hazırda həmin kəndlərdə qar var. Amma rayon ərazisində yağışlı havadır. Ağsu aşırımının bəzi hissələrində qar olsa da, avtomobil yolu tam açıqdır”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …