Bazar ertəsi , May 20 2024
Ana səhifə / Sosial / Qoşqar Təhməzli 37 min manatlıq A4, A3 kağızları və skoç alır

Qoşqar Təhməzli 37 min manatlıq A4, A3 kağızları və skoç alır

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin “Dəftərxana ləvazimatlarının satın alınması” ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub. 

32gun.az xəbər verir ki, müsabiqənin qalibi “NUR-E.A.” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Tərəflər arasında 36.628,38AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Tenderə əsasən AQTA A4, A3 kağızları, skoç, fayl və tikən və.s ilə təmin edilməlidir. 

Məlumat üçün bildirək ki, “NUR-E.A.” MMC 9 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 min manat olan MMC Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 25, m. 221 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Abbasov Etibar Bahadur oğludur. 
Xatırladaq ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir. 

Həmçinin oxuyun

Rusiyadan 50 qəpiyə alınan buğda unu marketlərdə 1 manat 71 qəpiyə satılır – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən ümumi dəyəri 2 milyon 29,9 min dollar …