Cümə axşamı , May 23 2019
Ana səhifə / Sosial / Qorbaçov Obamanın hərəkətlərini qınadı

Qorbaçov Obamanın hərəkətlərini qınadı

“Rusiyasız bu qələbə mümkün olmazdı”.
SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Moskvaya gəlməkdən imtina edən bir sıra Avropa ölkələri liderlərinin və ABŞ liderinin hərəkətini sabiq SSRİ xalqlarına hörmətsizlik hesab edir.
“Sovet İttifaqının faşizmə qarşı apardığı mübarizəyə öz münasibətini bildirmək imkanını iqnor etmək, insanların “qəhvəyi vəba”ya qarşı göstərdikləri sərhədsiz şücaətə qarşı hörmətsizlikdir”, – Qorbaçov “İnterfaks”a bildirib.
“Mən əminəm ki, Rusiyasız bu qələbəni əldə etmək mümkün deyildi. Bundan başqa, mən bu qara-qəhvəyi zolağın harada dayanacağını, ümumiyyətlə, onu bizim dövrə qədər təsəvvür edə bilmirəm. Əgər bəzi siyasətçilər bunu anlamırlarsa, bu, onların problemidir, amma mən əminəm ki, dünya xalqları bunu anlayır”, – sabiq sovet lideri bildirib.
Onun sözlərinə görə, amerikalılar var, Amerika hakimiyyəti var:
“ABŞ hakimiyyəti öz ideoloji və siyasi məsələlərini həll edirlər, onların Moskvaya tədbirlərə getməmələrinin səbəbi bununla izah olunur”, – agentliyin həmsöhbəti əlavə edib.
Bundan başqa, Qorbaçov hesab edir ki, Almaniya kansleri Angela Merkelin may ayının 9-u Moskvaya gəlməkdən imtina etməsinin səbəbi ona rəsmi Vaşinqton tərəfindən güclü təzyiq ilə şərtlənib.
“Merkelin mayın 9-u Moskvaya gəlməkdən imtina etməsi ilə mövqeyini qəbul edə bilmirəm, amma onu qınaya da bilmirəm”, – Qorbaçov deyib.
“Ona hörmətlə yanaşıram və onun davranışını anlayıram. Mən əminəm ki, bu qərar ABŞ hakimiyyətinin güclü təzyiqi ilə əlaqədardır. Siyasət siyasətdir”, – SSRİ-nin sabiq prezidenti qeyd edib.(oxu.az)

Həmçinin oxuyun

Fərdi yaşayış evi necə sənədləşdirilməlidir? – ŞƏRH

Prezident İlham Əliyev sənədsiz evlərin rəsmiləşdirilməsi üçün müvafiq tapşırıq verib. Bununla bağlı mətbuata açıqlama verən …

Bir cavab yazın