Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Sosial / QNET haqqında həqiqət: – QNET nədir?

QNET haqqında həqiqət: – QNET nədir?

QNET e-ticarət platforması vasitəsilə sağlamlıq, yüksək səviyyəli həyat tərzi və təhsil kimi sahələrdə geniş çeşidli məhsullar təklif edən birbaşa satış şirkətidir.

QNET-in məhsulları insanlara daha sağlam həyat sürmələrinə kömək etmək və onların həyat tərzini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur. QNET-in Baş Qərargahı Honk-Konqda yerləşir və dünyada müştəri və distribüterlərin daim artan bazasına dəstək verən 25-dən çox ölkədə ofis və agentlikləri vardır. Keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, QNET-in müştəriləri də məhsullarını və xidmətlərini başqalarına çatdırmaqla, QNET tərəfindən təklif olunan birbaşa satış biznesindən istifadə edə bilərlər. 100-dən çox ölkədə milyonlarla məmnun müştərilər distribüter olaraq QNET-in məhsullarının satışına görə komissiyalar qazanırlar.

Birbaşa satış nədir?
Birbaşa satış istehlakçılara evlərində və ya daimi pərakəndə satış yerlərindən kənarda hər hansı bir yerdə mal və xidmətlərin pərakəndə satış üsuludur. Satışların bu cür növləri əksərən ağız-keçi istinadları ilə həyata keçirilir. Birbaşa satış şirkətləri vasitəsilə satılan məhsullar unikal xüsusiyyətlərə malikdir və şirkətə aiddir və satış mərkəzlərində və ya mağazalarda mövcud deyildir.
Birbaşa satış sənayesi 150 ildən çoxdur ki, münasibətlərə əsaslanan marketinq əsasında inkişaf edir. Dünyanın hər yerində təxminən 100 milyon insan bu sənayedə həm qismən, həm də tam zamanlı olaraq fəaliyyət göstərir.
QNET investisiya sxemidirmi?
QNET bir investisiya sxemi deyil. Əslində, heç bir sxem tipi də deyil. Bir halda ki, yalnız məhsulları satın almaq üçün pul ödəyirsinizsə, bu qanuni birbaşa satış biznesidir. QNET məhsullarının distribüteri olmaq istəyirsinizsə, www.qnet.net saytında e-ticarət portalımız vasitəsilə müstəqil nümayəndə (İR) olaraq qeydiyyatdan keçə bilərsiniz.
QNET ilə necə pul qazana bilərəm?
QNET ilə gəlir əldə etmək üçün yeganə yol məhsul satışından ibarətdir. Məhsullarımızdan istifadə edib onlardan zövq aldığınzdan sonar onları satın almaq üçün başqalarına təklif etsəniz, faktiki satış üzrə komissiyalar əldə edə bilərsiniz. QNET e-ticarət portalımız vasitəsilə yaradılan satış həcminə əsasən, sizə ödənilməli olan komissiyaları hesablayan kompensasiya planını istifadə edir.
Bir çox təşəbbüskar insanlar böyük satış qrupları qurmaq və uğurlu bir iş yaratmaq üçün iş modelimizdən faydalanıblar.
Pul qazanmaq üçün digər insanları cəlb etməliyəm?
Bu işdə insanları cəlb etməklə pul qazanmaq mümkün deyil. Yalnız piramida sxemləri insanları cəlb etməyə yönəldilir. Belə sxemlər davamlı deyil və qaçılmaz şəkildə dağılacaqdır. QNET-in işi istənilən şəxsin yalnız cəlb olunması vasitəsilə pul qazanmasına imkan verməyən davamlı satış modelinə əsaslanır. Ona görə də 20 ildən sonra belə biz beynəlxalq səviyyədə böyümək və genişlənməyə davam edirik.
QNET ilə nə qədər tez gəlir əldə etməyə başlaya bilərəm?
Birbaşa satış işi digər bizneslər kimi bir biznesdir. Tez bir zamanda varlanmaq sxemi deyil. Bu işdə uğur qazanmaq üçün çox çalışmalı, səbrlə çalışmalı və hədəfə yönəlmiş olmağınız lazımdır. Bu iş sizə sahibkar olmaq imkanını verir. Fərq ondadır ki, ənənəvi biznesdə olduğu kimi, böyük məbləğdə xərcləri və əməliyyat xərcləri barədə narahat olmağınıza ehtiyac yoxdur. Sizin müvəffəqiyyətiniz tamamilə sizə və qoyduğunuz zəhmətə bağlıdır.
QNET haqqında daha nəyi bilməliyəm?
• QNET 1998-ci ildən fəaliyyət göstərir. Son 20 il ərzində milyonlarla insana məhsul və xidmətlərdən istifadə edərək daha yaxşı həyat yaşamaq və iş imkanlarımız sayəsində sahibkar olmaq imkanını vermişik.
• QNET həmçinin “Mançester Siti” Futbol Klubunun və 2018 və 2019 üçün CAF Çempionlar Liqası və CAF Konfederasiyalar Kubokunun rəsmi birbaşa satış tərəfdaşıdır.
• QNET-də biz fəaliyyət göstərdiyimiz ölkələrdə icmalara qayğı göstəririk. Dünyada bir sıra xeyriyyə proqramlarında fəal iştirak edirik.

Həmçinin oxuyun

DSMF 2 banka 43 milyon manat ödəyəcək

Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibləri məlum olub.Yeniavaz.com xəbər verir ki, tender …