Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / QMİ sədri: “Avropa miqrantların qarşısında divarlar çəkir”

QMİ sədri: “Avropa miqrantların qarşısında divarlar çəkir”

”Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir”.

APA-nın məlumatına görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, miqrantlara belə münasibət demokratik deyil: “Azərbaycanının bu sahədə fəaliyyəti bu gün dünya, Avropa üçün nümunə ola bilər. Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəklər?!”

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın