Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / “Qış Parkı”nda da parkinq qiymətləri qalxdı: 120 manat – FOTO

“Qış Parkı”nda da parkinq qiymətləri qalxdı: 120 manat – FOTO

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın bir sıra ərazilərində yeni parkinq qiymətləri açıqlanıb.  Yenisabah.az xəbər verir ki, yeni qiymətlər sürücülər arasında şok effekti yaradıb.

Saytımıza daxil olan məlumata görə, “Qış Parkı”nın dayanacağında da qiymət artımı olub. 

Belə ki, gün ərzində avtomobilini 12-24 saat bu dayanacaqda saxlayan sürücülər 8 manatlarından keçməli olacaqlar. 10-12 saat üçün bu məbləğ 5 manat təyin edilib. 

Aylıq paketlər isə 80 və 120 manat təyin olub. Məlumata görə, əvvəl “Qış Parkı”nda aylıq ödəniş 30 manat olub. 

Xatırladaq ki, “Azərbaycan Dəmir Yolları” QSC metronun 28 May stansiyasının yaxınlığında, Bakı Dəmiryolu Vağzalının ətrafında parkinq qiymətini sutkalıq 30 AZN təyin etməsi etirazla qarşılanmışdı. 

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …