Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Qırğızıstanın keçmiş baş naziri Bakı ilə münasibətlərin gərginləşməsi barədə

Qırğızıstanın keçmiş baş naziri Bakı ilə münasibətlərin gərginləşməsi barədə

Qırğızıstanın keçmiş baş naziri və Azərbaycandakı səfiri Apas Camaqulov haqqin.az-a eksklüziv müsahibəsində iki ölkə arasında yaranmış gərginlikdən danışıb.

Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü dünyanın bütün ölkələri tərəfindən tanınıb. “Bu baxımdan, İslamabadda Qırğızıstan nümayəndəsinin İƏT-in yekun sənədini imzalamaqdan boyun qaçırmasını anlamıram. Son nəhayətdə, Bişkekin bu sənədə qoşulmamasının səbəblərini konkret olaraq aydınlaşdırmaq və izah etmək lazım idi”, – Camaqulov deyib.

O, sözlərinə əlavə edib: “Qırğızıstanın həmin forumda hansı səviyyədə təmsil olunmasından məlumatsızam. Ola bilsin ki, nümayəndə sadəcə olaraq, məsələdən baş çıxara bilməyib, yaxud da elə bir səlahiyyəti olmayıb”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …

Bir cavab yazın