Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qırğızıstan səfirliyində nə baş verir?

Qırğızıstan səfirliyində nə baş verir?

Artıq xeli vaxtdır ki, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovla bu ölkədəki soydaşımız, iş adamı Nüsrət Məmmədov arasında gərginlik davam edir. Tərəflər arasında hökm sürən qarşıdurmanın davam etdiyi bir zamana N.Məmmədov Moderator.az-a açıqlamasında H.Orucovla bağlı yeni iddialarla çıxış edib:
“Bu gün susqunluğumu pozub, məsələyə nöqtə qoymaq istəyirəm. İlk öncə bilməyinizi istəyirəm ki, səssizliyimin tək səbəbi xalqıma olan sayğımdır, istəmirdim ki bizim pisliklərimizi düşmənlərimiz də bilsin.
Qırğızıstan Respublikası torpaq haqqında qanununa görə, hökumətlərarası müqavilə əsasında verilən torpaq sahəsi üçün kirə haqqı ödәnilmәlidir. Türkdilli dövlətlərin siyasətinə dəstək fondu Qırğızıstanda fәaliyyәt göstәrәn bir ictimai tәşkilat olaraq fondun xahişimizlә ayrılan torpaq sahәsinә isə kirə haqqı ödənilməsi lazım deyil.
Deməli, H. Orucov Azərbaycan dövlətininin maraqlarına zidd hərəkət edərək, ancaq öz şәxsi maraqları üçün çalışır vә hәm dә Azәrbaycanı, onun prezidentini beynәlxalq alәmdә nüfuzdan salmağa çalışır. Belәliklә dә o, qәlbindәki kini biruzә vermiş olur. Bununla da o, düşmәnimizin dәyirmanına su tökür. İstәmir ki, Qırğızıstanda ulu öndәrimizin tәbliğatını aparaq. Bununla da o, ulu öndәrimizә olan düşmәn mövqeyini ortaya qoymuş olur. Diaspora tәşkilatı Prezidentimizin xaricdәki dayaqlarıdır. Güclü diaspora tәşkilatı, güclü prezident demәkdir. Bunu da Hidayәt Orucov istәmәdiyini öz çirkin әmәllәri ilә ortaya qoymuş olur.
Bişkekdә ulu öndәrimiz Heydәr Әliyevin adını daşıyacaq park üçün torpaq sahәsini bizim xahişimizlә ayırıblar. Hidayәt Orucov öz diplomat titulundan istifadə edərək parkın tikilmәsinә müxtәlif yollarla əngəlliklər yaradır. Haqqımda KQB-yә şәr-böhtan yazır, bütün görüşlәrinin mövzusu fondun rəhbərini qaralamaqla başlayır və bitir. Beləliklə o, diplomata yaraşmayan hәrәkәtlәr edir. Nәşr etdirәcәyimiz kitabların müәlliflәrinә haqqımızda ağılagәlmәz böhtanlar deyir. Biz kitabları öz halal vәsaitimizlә tәrcümә etdirib, nәşr edib pulsuz yayırıq. Belə olan halda bizim vәtәnimizi, tariximizi, prezidentimizi tәbliğ etmәkdәn başqa nә marağımız ola bilәr??? Nəşr etdirdiyimiz kitablarda da kitabın pulsuz yayılması haqqında məlumat öz əksini tapıb.
Hidayәt Orucov yazdığı yazılardan birindә göstәrirdi ki, o, Ermәnistandan Azәrbaycana gәlәndә ermәni dostları onun getmәsini istәmәyiblәr vә onun getmәsinә ağlayıblar. O, Qırğızıstandan getsә, burada yaşayan Azәrbaycanlılar onun getmәsinә ağlamayacaqlar, amma Ermәnilәri bilmirәm.
Hidayət Orucov burada hamıya deyir ki “mәn Nüsrәtin yolunu Azәrbaycana bağlamışam”. Məni insanlar arasında Azərbaycanda arzu olunmayan bir bir şəxs kimi təqdim edərək çirkin əməllərinə nail olmaq istəyir. Mәn dә onlara cavab verirәm ki, mәn azәrbaycanda doğulub böyümüşәm. Anam azәrbaycanlı, atam azәrbaycanlıdır Qohumlarımın da hamısı azәrbaycandadır. Mәnә Azәrbaycana getmәyi Hidayәtlәr qadağan edә bilmәzlәr. Hidayәtlәr, ancaq mәnә Ermәnistana getmәyi qadağan edә bilәr. Çünki mən Ermənistanda həqiqətən arzuolunmaz şəxsəm. Hәm dә ki, o, donoslarında yazır ki, Vyana konvensiyaının tәlәblәrinә görә olduğu hökümәt onun hüquqlarıı qorumalıdır. Onun dediyi konvensiyada, olduğu hökumətin vәtәndaşını şәrlәmәk, yerli sakinlәri yanına çağıraraq “Nüsrәti mәhv etәmək üçün siz ondan ayrılın, mәnimlә işlәyin” deyimi ilә vә olduğu hökümәtin daxili işlәrinә burnunu soxmaq, özünü, Azәrbaycanı, prezidentimizi biabır elәmәk, yoxdur.
Deməyim odur ki, mənim bu sahədə yetərincə təcrübəm var və qanunları yaxşı deyil, çox yaxşı bilirəm. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki, onu da üzünə mələk maskası geyinmiş Hidayət Orucovun önümə çəkdidiyi əngəllər sayəsində öyrənmiş oldum. Təfərrüat qoy məndə sirr olaraq qalsın. Hər şər görünəndə xeyir, xeyir kimi görünəndə isə şər var.
Türk Dünyasından mənə qarşı edilən haqsızlığa etiraz edən yüzlərlə mərd azərbaycanlıları, qırğızları, axıska türklərini tanıdım. Mənə qarşı şər-böhtançıların haqsızlığı qarşısında susmaq istəməyən qan qardaşlarımı-bacılarımı tanıdım. Sizlər mənə bir daha türk olmağın qürurunu yaşatdınız. Bəzi insanlara ADAMlıq dərsi verdiniz. Mən Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəni dünyaya car çəkən insanam. Bu şərəf mənə yetər! Mən Qarabağ savaşı dövründə Qırğızıstandan dərhal Azərbaycana gələrək, qaçqınlara yardım aparanda, şəhid analarının acılı göz yaşlarını siləndə, bu gün qarşıma keçib mənə əngəl törədən Hidayət Orucov təzəcə ermənilərin qulluğundan ayrılmışdı və Azərbaycanda özünə sifətdən-sifətə girərək bir vəzifə uğrunda mübarizə aparırdı. O zaman harada idin Hidayət Orucov? Harada olduğunuzu bilməsəm də, o ər meydanında olmadığını gözəl bilirəm.
1989 cu ildə Fərqanədə axıska türklərini od alovun içərisindən çıxararaq Bişkekə gətirəndə, 1990 cı il yanvar hadisələrindən dərhal sonra Bişkekin mərkəzi meydanında qanlı yanvar hadisələri ilə əlaqədar izdihamlı etiraz mitinqini mən təşkil edəndə sən harada idin? Bu ilin aprel ayının 3 də Bişkekdəki Tarix muzeyində ermənilər qondarma soyqırımın 100 illiyi ilə əlaqədar konfrans keçirəndə lazımi yerlərə xəbəri mən çatdırdım, sən yox!
Kim o zaman hansı qanadın altında gizlənib, hamısını bilirəm. Ancaq bu zamana qədər ona görə susmadım ki, sən bu xidmətlərim qarşılığında haqqımı yeyib, özümü də borclu çıxarmaq istəyirsən. Bunun adı allahsızlıqdır! Mənim isə Allahı olmayanlarla işim olmaz! Mən sənin şərindən-böhtanından Haqqa sığındım və hər şeyi Onun ədalətinə həvalə etdim! Ancaq unutma ki, mən həmişə dövlətimin əmrindəyəm. Hər zaman dövlətimin yanında oldum və şəxsi mənfəətimi nə dövlətimdən, nə də millətimdən üstün tutmadım, tutmaram! Bu qarşılaşdığım ilk haqsızlıq olmadığı kimi, hamı bilsin ki, mən ayağı tapdalanan kimi ölkəsinin əlehinə çıxanlardan olmadım, olmaram da! Ancaq üstümə şər-böhtanla gəlmək istəyənlər də anlasın ki, şəxsən mən şər-böhtandan qorxan da deyiləm! Çünki mənə çamur yapışmaz! Mən həmişə vətən xainləri, türk düşmənləri ilə savaşdım və savaşacağam. Mən erməninin uşağı olmadım, mən türk oğlu türkəm! Mənimlə savaşacaqsansa, bunu untma. Türk adı altında gizlənən erməni törəmələri, mənə qarşı kinlərini qusmaqdadırlar. Bəziləri də qulaqdandolma ədəbiyyatlarla onlara “qılverənlik” edirlər. Günahdır, etməyin! Mənimlə savaşacaqsansa əsirlikdəki qız-gəlinimiz üçün ermənilərlə mübarizə apar. Mənim düşmənim ermənilərdir, onlarla mübarizə aparıram. Azərbaycanımın, prezidentimin, tariximizin, ədəbiyyatımızın öz maliyəmlə təbliğatını aparıram, budur səni narahat edən? Mən məqam-mövqe adamı deyiləm. Mənim üçün millətə xidmət əsasdır, mandat-vəzifə deyil! Hədəfim isə dəyişməyib! Bu günə qədər millətim və dövlətim üçün hansı ürəklə xidmət etmişdimsə, eyni şəkildə davam edəcəyəm yoluma!
Sonda bir daha mənə dəstək verən və bunun üçün xırda məmurlar tərəfindən Hidayət Orucovun “navodkası” ilə incidilən ziyalı qırğız dostlarıma təşəkkür edirəm və mənə görə yaşadıqları o əzab-əziyyətə görə, halallıq istəyirəm. Mənim sənin donosunla hüquq mühafizə orqanlarına çağrılanda dəstəyini əsirgəməyən bütün dostlarıma, soydaşlarıma təşəkkür edirəm!
Mən həmişə Ulu Öndərimiz Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, Azərbaycanımızın, tariximizin, ədəbiyyətımızın, mədəniyyətimizin təbliğatçısı olmuşam və bundan sonra da olacağam!
Mən həç vaxt haqqlarımız uğrunda mübarizədən geri çəkilməyəcəm!”

PS.Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın