Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qida Təhlükəsizliyi Agentliyindən 6 manatlıq “nehrə yağı”nın satışına REAKSİYA

Qida Təhlükəsizliyi Agentliyindən 6 manatlıq “nehrə yağı”nın satışına REAKSİYA

“Fürsət bu fürsətdir” deyib işə qoşulan işbazlar quru süd, marqarin, palma yağından hazırlanmış “nehrə yağı”nı əhaliyə sırımaqda davam edir. Əlbəttə, 6-7 manata təklif edilən “nehrə yağı” 17-18 manatlıq kərə yağının yanında çox cəzbedici görünür. Onsuz da cibindəkilər keyfiyyətsiz məhsula çatan kasıb ya aldandığının fərqində deyil, ya da bunun fərqində olmaq ona sərfəli deyil…
Nəticə etibarilə isə bu yağlar sağlamlığa ciddi zərər vurur. Fəsadlarını isə yaxın gələcəkdə yaşayacağıq. Bunu biz yox, həkimlər deyir.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Rəşad Mafusov -Qiymət baxımından tənzimləməni bazar həyata keçirir:

“Hər bir fiziki və hüquqi şəxs sahib olduğu məhsulu istədiyi qiymətə sata bilər. Qiymətin aşağı olması həmin məhsulun insan sağlamlığı üçün təhlükəli olması anlamına gəlmir. Yalnız aparılmış laborator mayinələrin nəticələri əsasında hər hansı bir məhsulun insan qidası üçün yararlı olub-olmaması haqqında rəy vermək olar.

Qida Təshlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə nəzarəti həyata keçirən dövlət orqanı kimi hər hansı bir məhsul haqqında yalnız rəsmi faktlara əsaslanaraq rəy verir. Belə rəylər laborator müayinələrin nəticələrinə əsaslanır. Hər hansı bir qənaət, fərziyyət və ya şübhə məhsulun keyfiyyətsiz olması üçün əsas deyil.

Hazırda Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı olaraq, struktur bölmələrinə ixtisaslaşmış kadr potensialının cəlb edilməsini, qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi bazanın hazırlanmasını həyata keçirir”.

R.Mafusovun sözlərinə görə, Agentlik fəaliyyətə başladıqdan sonra risk dərəcəsi əsasında bütün qrup qida məhsullarının təhlükəsizliyinə nəzarət edəcək:

“İstehlakçıların hüquqlarını müdafiəsi sahəsində müvafiq qanunvercilikdə nəzərdə tutulmuş qaydada qarşısına qoyulmuş vəzifələrin icrasını həyata keçirəcək”.

Aparat rəhbəri sonda “Agentliyin ünvanına “nehrə yağı” ilə əlaqədar şikayət faktı daxil olmayıb”,deyə bildirib.(Modern.az)

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …