Ana səhifə / Sosial / Qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək – PROQNOZ

Qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək – PROQNOZ

“Ölkə ərazisində qeyri – sabit hava şəraiti davam edəcək”.

Bu barədə AzNews.az-a açıqlamasında ETSN-in Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, ölkə ərazisində havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı düşəcək:

“Yağış yağacaq, arabir şimal qərb küləyi güclənəcək”.

Gülşad Məmmədova qeyd edib ki, ölkə ərazisində hava şəraiti sentyabrın 27-dən etibarən dəyişilib: “Şimşək çaxıb, yağış yağıb, Azərbaycanın bəzi rayonlarında intensivləşib, Dağlıq rayonlarda isə qar düşməsi müşahidə olunub”. Qeyri-sabit hava şəraiti oktyabrın 1-dək davam edəcək.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …