Çərşənbə axşamı , İyul 5 2022
Ana səhifə / Sosial / Qeydiyyatı olmayanların bu qəsəbədəki qəbiristanlıqda dəfninə icazə verilmir – VİDEO

Qeydiyyatı olmayanların bu qəsəbədəki qəbiristanlıqda dəfninə icazə verilmir – VİDEO

Yeni Suraxanı qəsəbəsində yerləşən qəbiristanlıqda yalnız bu yaşayış məntəqəsində qeydiyyatda olan şəxslər dəfn edilə bilərlər. Kənar şəxslərin qəbiristanlıq ərazisində dəfninə icazə verilmir.

Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində yerləşən kənd qəbiristanlığına gələn vətəndaşlar məzarlığın girişində belə bir xəbərdarlıq lövhəsi ilə qarşılaşırlar.

Həmin ərazidə çəkilişdə olan “Xəzər Xəbər” müəyyən edib ki, lövhə Yeni Suraxanı Bələdiyyəsi tərəfindən vurulub. Bələdiyyə sədri Fikrət Quliyev bildirib ki, qəbiristanlığın ümumi ərazisi təxminən 3 hektara yaxındır. 1930-cu illərdə salınan qəbiristanlıqda getdikcə yerlər məhdudlaşır. Ona görə də əraziyə belə bir lövhə vurulub.

Kənd sakinləri də bildiriblər ki, qeydiyyatda olmayan, xüsusən də kənar ərazilərdə yaşayan şəxslər bu vaxta qədər yaxınlarını bu qəbiristanlıqda dəfn etdiklərindən məzar yerləri artıq bitmək üzrədir.

Qeyd edək ki, Yeni Suraxanı qəbiristanlığından bir neçə kilometr aralıda başqa bir məzarlıq da yerləşir.

Həmçinin oxuyun

Sərnişinə təpik atan sürücü işinə qaytarıldı – VİDEO

Bir neçə gün öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinə məxsus olan şəhərdaxili avtobuslardan birində insident yaşanıb. …