Şənbə , Avqust 13 2022
Ana səhifə / Sosial / Qazinin ürəyini partladan Əhməd Vəliyevin bankı olub

Qazinin ürəyini partladan Əhməd Vəliyevin bankı olub

Ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədov pensiya kartı bloklandığına görə Sumqayıt şəhər İcra Şöbəsinə gedib və orada ürəyi partlayaraq vəfat edib. Hadisə iyulun 7-də səhər saatlarında baş verib.

1962-ci il təvəllüdlü qazinin ailəsi uzun müddətdir Bakıda kirayə qalır. Həyat yoldaşı Kəmalə Kərimova Meydan TV-yə danışır ki, Şahmurad Məmmədov bir gün öncə pensiya kartındakı 100 manatı çıxarmağa gedəndə kartın bloklandığını görüb:

“Dedi ki, kartda 100 manatım qalıb, gedib onu çıxarım, bazarlıq eləyim. Gedib-qayıtdı, dedi ki, kartımı bloklayıblar. Pensiyasını “Kapital Bank”dan alır. Gedib pensiya fondundan öyrəndi, məlum oldu ki, onlarlıq deyil, kreditlə əlaqədar məhkəmə qərarına görə eləyiblər. Hətta bunu da dedi ki, maaşın, pensiyanın 25 faizinin tutulmasına icazə var, bu allahsızlar, əclaflar hamısını tutub bloklayıblar”.

Kəmalə Kərimova deyir ki, iyulun 7-də səhər saatlarında həyat yoldaşının cibində cəmi 3 manat pul vardı. Ona da iki çörək alıb evə verib. Sonra övladlarının birindən 5 manat alaraq, Sumqayıta gedib ki, icra şöbəsində kartın bloklanması məsələsini aydınlaşdırsın. Şahmurad Məmmədov icra şöbəsinin binasına daxil olanda qızı onu çöldə gözləyib:

“Səhər saat 9-un yarısı olardı, dedi: “Gedib onlardan soruşacam, kartımı bloklamısız, bəs mən 7 nəfərlik ailəmlə nə yeyim, nə içim?” Qız onu bir saata yaxın gözləyib, görüb ki, çıxmır. Bir də baxıb ki, təcili yardım maşını gəldi. Sonra məlum olub ki, keçinibmiş. Görün, onu hansı həddə əsəbiləşdiriblər ki, ürəyi partlayıb. Həkim demişdi ki, ona əsəbiləşmək olmaz, infarkt keçirmiş adamdı. Amma bu Allahsızlar onu nə vəziyyətə qoyublar…”

Kəmalə Kərimova həyat yoldaşının pensiyasına yönəldilən kreditin dəqiq məbləğini bilmir, amma onun “Muğanbank”dan götürülmüş kreditlə bağlı olduğunu deyir.

Şahmurad Məmmədovun 5 övladı var.

İş saatı olmadığından Meydan TV icra şöbəsindən münasibət öyrənə bilməyib.

Qeyd edək ki, “Muğanbank” keçmiş deputat, Odlar Yurdu Universitetinin sahibi Əhməd Vəliyevin ailəsinə məxsusdur.

Həmçinin oxuyun

Kirayə evlər niyə bahalaşır? – Açıqlama

“Hazırda inflyasiyanın sürətlənməsi kirayə mənzillərin bahalaşmasına səbəb olur. Əsasən də yay aylarında nisbətən ucuz olan …