Ana səhifə / Sosial / Qazın kəsildiyi gün neçə nəfər zəhərlənib?

Qazın kəsildiyi gün neçə nəfər zəhərlənib?

Martın 17-dən 18-nə keçən gecə Abşeron yarımadası və Bakının bir neçə rayonunda mənzillərə təbii qazın verilməsində məhdudiyyətlər yaranıb.

Bakı şəhər Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Sputnik Azərbaycan-a açıqlamasında qaz sızma ilə əlaqədar müraciətlərin olub-olmaması ilə bağlı məlumat verib: “Bir gün ərzində dəm qazından 4 nəfərin zəhərlənməsi ilə bağlı müraciət daxil olub. Onlardan 2-si xəstəxanaya qəbul edilib”.

Onun sözlərinə görə, Səbail, Xəzər rayonları və digər ərazilərdən müraciətlər daxil olub.

“Bu müraciətlərdən 3-ü gecə saatlarında daxil olub. Lakin müraciətlər qaz sızması ilə əlaqədar olmayıb”, – deyə A.Maqsudov əlavə edib.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …