Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Qazimizin anasından ürəkdağlayan sözlər: “Ar olsun sizlərə”

Qazimizin anasından ürəkdağlayan sözlər: “Ar olsun sizlərə”

“Bu oğlan mənim oğlumdur. 1996-cı il doğumlu Qələndərli Cavad. O baş leytenantdır. Vətən Müharibəsində Suqovuşan uğrunda gedən ağır döyuşlərdə yaralanıb”.

Bunu qazimizin anası Ülkər Həsənova deyib. O, bildirib ki, oğlu 9 aydır xəstəxanalarda müalicə alır. Bədəninin 50 faizdən çoxu iflicdir və çox ağır durumdadır. Hazırda yataq şəraitindədir və əlil arabası ilə hərəkət edir:

“Sağ olsun xalqım, sıravi insanlar bizə dəstək olur. Oğlumun Kapital Bankda kredit borcu var. 8 aydır mən bunlara yalvarıram, müraciət edirəm ki, biz bu borcu ödəmək iqtidarında deyilik. Xəstəyə baxmaq, onun ehtiyaclarını ödəmək nə deməkdir, yəqin ki, bilən var. 

Bank isə buna əhəmiyyət verməyərək hər ay avtomatik oğlumun maaşını borca cıxır. Yarımcan, yorğan döşəkdə yatan torpaq uğrunda canını qoyan 25 yaşından əlil arabasına möhtac qalan bu vətəndaş borcunu ödəməyibmi görəsən? 

Mənə çöl qapını göstərən bank müdiriyyəti, bu oğlanların hesabına bu gün varsınız. Ar olsun sizlərə”. 

Qazimizin anasından ürəkdağlayan sözlər: “Ar olsun sizlərə”

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …