Bazar ertəsi , Fevral 18 2019
Ana səhifə / Sosial / Qazilər və şəhid ailələrinə 20 milyon manat ayrıldı

Qazilər və şəhid ailələrinə 20 milyon manat ayrıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20,0 (iyirmi) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Həmçinin oxuyun

Əlilliyin müəyyən olunması meyarları dəyişdirilir – Nazir təfərrüatları açıqladı

Əlilliyin müəyyən olunması meyarlarının dəyişdirilməsi ilə bağlı sənəd artıq hazırdır və yaxın günlərdə müvafiq qurumlara …