Ana səhifə / Sosial / Qazi: “Atam bizi atıb getdi” – VİDEO

Qazi: “Atam bizi atıb getdi” – VİDEO

Qarabağ uğrunda gedən döyüşlərdə bir çox vətən oğlu canı, qanı bahasına ərazi bütövlüyümüzü bərpa etdi. Belə oğullardan biri də Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edən 19 yaşlı Rüstəm Qurbanovdur.

Baku TV xəbər verir ki, o, mina partlayışı nəticəsində ciddi xəsarət alıb. Bir ay danışa bilməyən, ayaqlarından yaralanan R.Qurbanov hazırda dövlətin yardımı sayəsində müalicə alır. 

R.Qurbanov 2 yaşı olarkən atası onları atıb, Rusiyaya gedib. O vaxtdan Rüstəm atasını görməyib, anasının himayəsi altında böyüyüb. Onun sözlərinə görə, hazırda ayaqları işləmir, kirayə yaşadığı ev isə balacadır. Evdə rahat hərəkət etmək üçün şərait yoxdur. O, köməksevər şəxslərdən yardım gözləyir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …