Bazar ertəsi , Avqust 8 2022
Ana səhifə / Sosial / Qazi adı ilə videosu yayılan Bakı sakini kimdir? – VİDEO

Qazi adı ilə videosu yayılan Bakı sakini kimdir? – VİDEO

Qatar qəzasında hər iki ayağını itirən İmran Lalayevin videosu çəkilərək qazilərə həsr olunan mahnının fonunda ”Tik-tok” sosial şəbəkəsində paylaşılıb.

Bakıdakı teatrlardan birinin aktyoru olan İ.Lalayevin sözlərinə görə, 2013-cü ildə 21 yaşında qatar qəzasında hər iki ayağını itirib.

Bundan sonra isə protez ayaqla hərəkət etməyə başlayıb. O deyir ki, xəbəri olmadan tanımadığı şəxs videosunu çəkərək paylaşıb.

Paylaşılan videoda istifadəçilər onun qazi olması ilə bağlı şərhlər yazıblar.

İ.Lalayev icazəsini almadan onun videosunu çəkib paylaşan şəxsi məhkəməyə verəcəyini deyib.

Həmçinin oxuyun

Şimşək çaxacaq, yağış yağacaq – XƏBƏRDARLIQ

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında …