Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qazaxıstan azərbaycanlıları ÜAK-la bağlı Rusiya ədliyyə nazirinə müraciət ediblər

Qazaxıstan azərbaycanlıları ÜAK-la bağlı Rusiya ədliyyə nazirinə müraciət ediblər

Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya ədliyyə naziri Aleksandr Konovalova müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Hörmətli Aleksandr Vladimiroviç, biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbərlərə görə çox narahatıq. Məsələnin səbəblərinin aydın olmaması bizi daha çox məyus edir”.

ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı soydaşlarımız təşkilatın iki dost ölkənin – Rusiya və Azərbaycanın mənafeyi üçün səmərəli xidmət göstərdiyini vurğulayıblar: “ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi dəyərlərinin mübadiləsində vacib rol oynayıb və oynayır. Bu gün Azərbaycan Respublikası və onun prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış xəbərlər narahatlıq doğurur. Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar sizdən xahiş edirik ki, narahatlığımızı Rusiya prezidenti cənab Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub saxlanılması ilə bağlı həmrəylik nümayiş etdirəsiniz”.

Qazaxıstanda yaşayan azərbaycanlılar A. Konovalovun diqqətinə çatdırıblar ki, ÜAK-ın ləğvi iki dost ölkənin prezidentləri İlham Əliyevlə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl gətirə bilər. Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası A. Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə və problemin həllinə yardım göstərəcəyinə ümid etdiyini bildirib.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın