Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Qazax İcra Hakimiyyətində yeni təyinat

Qazax İcra Hakimiyyətində yeni təyinat

Qazax rayon İcra Hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə yeni təyinat olub.

Məlumata görə, Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun birinci müavini vəzifəsinə Məmməd Oruc oğlu Alıyev təyin olunub.

Alıyev bundan əvvəl Qazax rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş Şöbəsinin müdiri işləyib.

Qeyd edək ki, R.Babaşovun bundan əvvəlki birinci müavini Fərman Məhəmməd oğlu Nağdəliyev öz ərizəsi ilə tutduğu vəzifədən istefa verib/Report.az.

 

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın