Ana səhifə / Sosial / Qaz niyə kəsilib? – “Azəriqaz”dan açıqlama

Qaz niyə kəsilib? – “Azəriqaz”dan açıqlama

Paytaxtın bir çox ərazisində qazın verilməsində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə “Qafqazinfo”ya məlumatı “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbalayev verib. O bildirib ki, gecə saat 1 radələrində Qaradağ-Bİgah magistral qaz kəmərində qaz sızması aşkar olunub:

“Qəza səbəbindən Bakının bir çox rayonunda qazın verilməsində fasilə yaranıb. Təmir işləri səhər saat 7 radələrində yekunlaşıb və saat 9-dan etibarən yaranmış məhdudiyyət aradan qaldırılıb”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …