Çərşənbə axşamı , Oktyabr 26 2021
Ana səhifə / Sosial / Qaz limiti necə hesablanacaq? – VİDEO

Qaz limiti necə hesablanacaq? – VİDEO

Məlum olduğu kimi iyulun 1-dən etibarən Tarif Şurasının qərarı ilə qaz limiti yeni tariflə hesablanır. Bəs smart karta qərarın qüvvəyə mindiyi gündən əvvəl yüklənən vəsaitlərin aqibəti necə olacaq?

Qaz limiti ilə bağlı edilən dəyişiklik bəzi vətəndaşlar arasında çaşqınlıq yaradıb.

“Azəriqaz” İstehsalat Birliyinin şöbə müdiri Ceyhun Səfərov “Xəzər Xəbər”ə bildirdi ki, artıq bu ayın 1-dən etibarən smart karta yüklənən vəsaitlər yeni tarifə əsasən hesablanır.

Qurum rəsmisi qərarın qüvvəyə mindiyi gündən əvvəl smarta karta köçürülən vəsaitlərlə bağlı duruma da aydınlıq gətirib. O deyib ki, iyulun 1-dən əvvəl karta yüklənən vəsait əvvəlki tariflə hesablanacaq.

Ceyhun Səfərov mexaniki sayğaclarda limitin yeni tariflə hesablanacağı vaxtı da açıqlayıb.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə güzəştlə qaz limiti 2200 kubmetrdən 1200 kubmetrə endirilib. İllik qaz istehlakı 1200 kubmetrdən çox olan abonentlər 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyəcəklər.

Həmçinin oxuyun

İntihar edən qız polkovnikin nəvəsidir – FOTOLOR

Xəbər verdiyimiz kimi, Bakıda intihar hadisəsi baş verib. İntihar edən şəxsin kimliyi müəyyənləşdirilib. Bakupost.az xəbər verir …