Ana səhifə / Sosial / “Qayınanam qızımı satdı” – 6 uşaq anası küçələrdə – VİDEO

“Qayınanam qızımı satdı” – 6 uşaq anası küçələrdə – VİDEO

Bərdə rayon sakini Xurşudova Elnaz ailə qurduğu 11 il ərzində altı uşaq dünyaya gətirib. Onun sözlərinə görə, övladlarından biri qayınanası və əri tərəfindən əlindən alınaraq başqa ailəyə satılıb.
Elnaz Xurşudova bildirir ki, həyat yoldaşı onu uşağı başqa ailəyə verməyə məcbur edib. Və ona deyiblər ki, uşağı istədiyi vaxt görə biləcək.
Övladından məcbur ayrılan ana sonradan uşağını geri istəyib. Qadın iddia edir ki, buna razılaşmayan həyat yoldaşı Pərviz Cavadov onu üç uşaqla küçəyə atıb. Sonuncu dəfə uşağın verildiyi ailə ilə görüşən Elnaz Xurşudova hədələnib. Ona uşaq üçün verilən pulu geri qaytarmayana qədər övladını görə bilməyəciyini deyiblər.
Qarşı tərəfin də mövqeyini öyrənmək mümkün olmayıb.
Elnaz Xurşudova  hazırda  iki oğlu Bakıda sığınacaqda məskunlaşıb. O övladlarını bir araya gətirməyənə qədər valideynlərinin yanına getməyəcəyini deyir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …