Bazar ertəsi , May 10 2021
Ana səhifə / Sosial / Qardaşı və həyat yoldaşı şəhid olan xanıma ev verildi

Qardaşı və həyat yoldaşı şəhid olan xanıma ev verildi

Vətən müharibəsi həm də Azərbaycan qadınının yüksək mənəviyyatını, sarsılmaz iradəsini və məğrurluğunu bir daha nümayiş etdirdi.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov paylaşımında bildirib.

“Şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimlinin timsalında da biz bunun şahidi olduq. Bu gün o, şəhid ailəsi kimi yeni mənzillə təmin olundu”, – F.Talıbov qeyd edib.

Qeyd edək ki, Vətən müharibəsində N.İbrahimlinin qardaşı Elton Qənbərli də şəhid olub.

Həmçinin oxuyun

İşçilərə ödənilməyən 50 min manatdan çox əməkhaqqının ödənilməsi təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı …