Şənbə , Avqust 20 2022
Ana səhifə / Sosial / Qardaşı qazinin intiharı ilə bağlı yeni faktlar açıqladı

Qardaşı qazinin intiharı ilə bağlı yeni faktlar açıqladı

“Qardaşımın ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Başımız yasa qarışdığı üçün bunu hələ tapa bilməmişəm. Həmin görüşdən sonra deyib, dizimi yerə ata, qolumu sındıra bilərlər, amma başımı aşağı əyə bilməzlər. O cümlənin altında çox sözlər var. Mənə də maraqlıdır ki, nə məsələdir?”

Bunu Bakupost.az -a açıqlamasında intihar edən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyib.

O, qardaşının intiharından əvvəl yayılan videosundakı sözlərinin arxasında ciddi məqamların olduğunu bildirib:

“Maraqlıdır ki, qardaşım nəyə əsasən videoda elə sözlər deyir. Hər halda araşdırma aparılır. Qardaşım nə dəli idi, nə də onun psixoloji problemi var idi. İcra başçısı deyir ki, onun psixoloji problemi olub. Xeyr, elə bir şey yoxdur. Hər kəsin müharibədə iştirak etmək üçün psixoloji gücü olmur. Amma qardaşım müharibədə döyüşüb və evə qayıdıb. Son vaxtlar səhhəti ilə bağlı ciddi bir şikayəti yox idi, amma ağrıları qalmışdı. Ağrılarının olması onun psixoloji probleminin olduğu anlamına gəlmir. Qardaşım Maştağadakı xəstəxanada yatmışdı və ondan sonra pensiyaya çıxmışdı. Ona əsasən də dərmanlar atır və müalicə alırdı”.

E.Cəfərov qardaşının ölümündə pərdəarxası məqamların olduğunu dilə gətirib:

“Qardaşım ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Ölümündən əvvəl dedi ki, əlimi-qolumu sındırdılar. O cümlənin altında çox sözlər var. Maddiyyat, dolanışıq məsələsinə qalsa, müharibəyə getməzdən əvvəl nə ilə dolanırdı? Şükür Allaha, çörəyimiz də, suyumuz da var. Özü pensiya alırdı, mən də kömək edirdim. Dövlətdən də heç bir incikliyi olmayıb. Bir müddət əvvəl “TikTok”da video paylaşmışdı. Orda deyirdi ki, müharibə başlasa, yenidən xidmətə yollanaram. Deyirdi ki, 19-20 yaşında olanları çağırmayın, bizi çağırın gedək. Mən Avropa, Dünya çempionuyam. Biz Vətənimizə, dövlətimizə, Prezidentimizə, millətimizə, bayrağımıza sadiq insanlarıq. Sadəcə ayın 9-da görünür, çox şey olub. Qardaşım evdə asılan təqvimdə ayın 9-10-nu qaralayıb. Deməli, qardaşım 9-u kiminləsə görüşüb, məsələ olub və ayın 10-u gedib bunu edib. Burada müəmma var. O həmişə məni eşidirdi. Yalnız mənim sözümə qulaq asırdı. Əgər kimsə qardaşımın yanında məni yığıb desəydi ki, telefonda qardaşın səni gözləyir, o, özünə heç nə etməzdi. Təəssüf ki, mənə zəng etməyiblər”.

E.Cəfərov bildirib ki, intihardan əvvəl çəkilən videonu qardaşının qazi dostları çəkib.

Həmçinin oxuyun

Sabah Bakıda 39 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında günəşli hava şəraiti olacaq, cənub-şərq küləyi əsəcək.  Milli Hidrometeorologiya Xidmətindən …