Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Sosial / “Qarabağda toqquşmalar davam edəcək…” – POLİTOLOQ

“Qarabağda toqquşmalar davam edəcək…” – POLİTOLOQ

Qarabağda aprelin 2-dən 5-nə qədər davam edən, Azərbaycan silahlı qüvvələrinin təmas xəttinin bəzi istiqamətlərində irəliləməsi ilə nəticələnən 4 günlük müharibə nüfuzlu ekspert çevrələrində də təhlil olunur.

Virtualaz.org xəbər verir ki, rusiyalı politoloq, şərqşünas və islamşünas, Moskva Karnegi Mərkəzinin eksperti Aleksey Malaşenko əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq bu cür toqquşmaların davam edəcəyini deyib.

Rusiya KİV-lərinə müsahibəsində ekspert deyib ki, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıya biləcəyinə dair müntəzəm olaraq verdiyi bəyanatlar boş sözdür. “Ermənistan heç nəyi tanıyan deyil. Bu cür toqquşmalar isə müntəzəm olaraq davam edəcək. Şəxsən mən bu münaqişədən çıxış yolu görmürəm”-Malaşenko deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın KTMT üzvü olması ona heç nə vermir. Çünki bu təşkilat formaldır, faktiki olaraq hərbi blok kimi işləmir. “Siz təsəvvür edə bilərsinizmi ki, məsələn, qazaxlar və qırğızlar Azərbaycanla döyüşəcək? Düzdür, təsəvvür edə bilməzsiniz. Onlar Ermənistanın tərəfində döyüşə gedən deyillər”-Malaşenko bildirib.

Həmçinin oxuyun

“Yoluxma daha çox iş yerləri və yas mərasimlərində olur” – Hande Harmancı

Son statistikaya baxdıqda görmək olar ki, yoluxma halları daha çox iş yerlərində və insanların toplu …

Bir cavab yazın