Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Qarabağda ekoloji terror: Zabux çayı quruyub, Həkəri, Tərtər, Levçay TƏHLÜKƏDƏ

Qarabağda ekoloji terror: Zabux çayı quruyub, Həkəri, Tərtər, Levçay TƏHLÜKƏDƏ

Qarabağda Həkəri, Zabux, Levçay və Tərtər çayları qurumaq təhlükəsi ilə üz-üzə qalıblar.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2007-2008-ci illərdə Qarabağdakı qondarma rejim rəhbərliyi energetik müstəillik adı ilə çaylarda kiçik Su Elektrik Stansiyalarının inşasına başlasa da, zamanla bu tikintinin miqyası geniş miqyası aldı.
Çayların ekosistemini pozmadan belə stansiyaların tikintisi mümkün olsa da, tikinti normalarının pozulması və tikililər SES-dən su istifadəsini 100%-ə çatdırıb. Nəticədə, Qarabağda 160 kilometr çay suyu borularla axır və Həkəri, Zabux, Levçayın yataqlarının əsaslı sürətdə qurumasına, Tərtər çayında isə bu problemin yenicə başlmasına səbəb olub.
Çaylarda sululuq səviyyəsinin kəskin aşağı düşməni içməli su və suvarma işlərinin aparılmasına öz mənfi təsirini göstərdi.  
Nəticədə bölgədə yaşayan ermənilər belə Qarabağ çaylarının amansız istimsarına qarşı çıxdılar. Kəlbəcərdə yaşayan Aleksandr Kananyanın Tərtər çayında Su Elektrik Stansiyasının tikintisinə qarşı etirazından sonra, aksiyaya Xankəndi sakini Mqer Poqosyan da qoşuldu. Digər tərəfdən, Kəlbəcərdə məskunlaşdırılmış erməni məktəbliləri də etiraz aksiyalarına başladılar.
Ekoloq David Yeqiazaryan ekoloji vəziyyətin çox təhlükəli həddə çatdığını deyib.
“Əvvəl Kəlbəcərdə 3-4 SES var idi və ekologiyaya ziyanı elə də hiss olunmurdu. Lakin sonradan tikintinin miqyası genişlənməyə başladı və bölgədə ekoloji vəziyyət kəskinləşdi. İndi Tərtər çayının əksər qolları borular və turbinlərlə hərəkət edir. Bundan başqa, SEA-lər ekoloji standartlardan kənar inşa olunub”.
Yegiazaryan əhalinin suya tələbatını ödəyə bilməməsindən də gileylənib.
“Bu çaydan suvarma işlərində, bəzi kəndlərdə isə içməli su kimi istifadə edirlər. Amma SES-dan biri Kəlbərə içməli suyun verildiyi hissədə inşa olunub. Yayda çayın səviyyəsi düşsə də, indi tikinti işlərinə görə adi vaxtda da suyun səviyyəsi azalır. Su problemi insanların burada yaşamaq istəyinə mane olur”.
Lusine Karapetyan 20 ildən çoxdur ki, Kəlbəcərdə yaşayır. O da Tərtər çayından vəziyyətin son illər acınacaqlı duruma düşdüyünü deyir.
“Son vaxtlar Tərtər çayı ilə bağlı vəziyyət pisləşib. Su təmiz deyil, çirkil olur, bəzən isə ümumiyyətlə gəlmir”.
1994-cü ildən işğal altındakı torpaqlara məskunlaşan Vaaqn Movsisyan isə Tərtər çayının vaxtı ilə bolsulu və balıqla zəngin olmasını xatırlayıb.
“Tərtər çayı SES tikintisinə qədər bolsulu, balıqla zəngin idi. Meşələr də isə heyvanlar dolu idi. Amma indi nə balıq var, nə də heyvanlar qalıb”.
Aclıq aksiyası keçirən Aleksandr Kananyan isə Qarabağın qurumuş çaylarını sadalayıb və Tərtər çayını eyni aqibətin gözlədiyini əlavə edib.
“Qarabağın şimalında 2 əsas çaydan Zabux çayı tam quruyub. Şalva çayını da eyni aqibət gözləyir. Yaxınlarda Həkəri çayının mənbəyinə yaxın ərazidə də SES tikintisi başlayıb. Kəlbəcər və Laçın rayonlarında əhalini sıx məskunlaşdırmaq üçün su mənbələrinin amansız istismarına son qoyulmalıdır”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …